Bakıda binanın elektrik sayğacları yandı

bakida-binanin-elektrik-saygaclari-yandi
Oxunma sayı: 891

Bakıda yanğın hadisəsi qeydə alınıb.

Qafqazinfo”nun Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Xətai rayonunda çox mərtəbəli yaşayış binasının 2-ci mərtəbəsinin pilləkən qəfəsində 12 ədəd elektrik sayğacı yanıb.

Mənzillər yanğından mühafizə olunub.

Yanğın saat 19:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb.