Bakıda bankomatdan 40 min manat oğurlandı

bakida-bankomatdan-40-min-manat-ogurlandi
Oxunma sayı: 1535

Bakıda bankomatdan külli miqdarda pul oğurlanıb.

Qafqazinfo” xəbər verir ki, Xətai rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Zığ şossesində qeydə alınıb. Naməlum şəxslər “Kapital Bank”a məxsus bankomatın arxasını kəsərək 40 min manat aparıblar.

Baş vermiş hadisə ilə bağlı əməliyyat qrupu yaradılıb, hazırda hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması istiqamətində tədbirlər davam etdirilir.