Bakıda avtobus “KİA”ya çırpıldı - Foto

“Bakıda avtobus “KİA”ya çırpıldı -  Foto
Oxunma sayı: 1854

Bakıda sərnişin avtobusu qəza törədib.

Qafqazinfo”nun Report-a istinadən xəbərinə görə, hadisə Fəhlə prospektində qeydə alınıb.

Belə ki, 46 saylı sərnişin avtobusu "Kia" markalı minik avtomobili ilə toqquşub.

"Kia"nın sürücüsünün verdiyi məlumata görə, o dönmə əməliyyatı edərək əks yola çıxıb. Avtomobilin arxası ilə sürətlə hərkətdə olan sərnişin avtobusu "Kia"nın arxasına çırpılıb. Nəticədə avtobus yoldan çıxaraq qaz yanacaqdoldurma məntəqəsinin səkisinə çırpılıb.

Qəza nəticəsində xəsarət alan olmasa da, hər iki nəqliyyat vasitəsinə ciddi ziyan dəyib.

Əraziyə Yol Patrul Xidmətinin əməkdaşları cəlb edilib.

Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyi İctimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin müdir müavini Mayis Ağayev bildirib ki, ilkin araşdırmalar zamanı hadisəyə "Kia" markalı avtomobilin yol hərəkəti qaydalarına əməl etməməsinin səbəb olduğu üzə çıxıb: “Amma dəqiq səbəb araşdırmalardan sonra məlum olacaq. Sərnişinlər arasında isə xəsarət alan olmayıb”.

Bakıda avtobus “KİA”ya çırpıldı -  Foto
Bakıda avtobus “KİA”ya çırpıldı -  Foto

Qafqazinfo.az saytı ilə əlaqə üçün E-mail: info@qafqazinfo.az

Oğurluq etmə, istinad et!