Bakıda ana ilə qızını maşın vurdu - Biri öldü

bakida-ana-ile-qizini-masin-vurdu
Oxunma sayı: 2654

Martın 23-də saat 20 radələrində Binəqədi rayonunun Xocasən qəsəbəsi ərazisində Sabirabad rayon sakini Əliağa Əliyev idarə etdiyi “Daevoo” markalı avtomobillə yolu keçən Biləsuvar rayon sakinləri Şəfiqə Şirinovanı və qızı Təhminəni vurub.

QafqazinfoDaxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, hadisə nəticəsində Ş.Şirinova hadisə yerində ölüb, Təhminə xəstəxanaya yerləşdirilib.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.