Bakıda 6 yaşlı qızı zorlayanın cəzası məlum oldu

bakida-6-yasli-qizi-zorlayanin-cezasi-melum-oldu
Oxunma sayı: 8418

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 6 yaşlı qohumunu zorlamaqda təqsirləndirilən 1986-ci il təvəllüdlü Ağalar Hümbətovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmə kollegiyasının hökmü ilə Ağalar Hümbətov 18 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, A.Hümbətov Xətai rayonunda bibisi nəvəsi olan 6 yaşlı qızı evdə tək olan zaman zorlayıb.

Murad Əhməd