Bakıda 6 maşın toqquşdu

bakida-6-masin-toqqusdu-
Oxunma sayı: 1422

Bu gün səhər saatlarında paytaxtın Yasamal rayonundan “Sədərək” ticarət mərkəzinə gedən magistral yolda zəncirvari qəza baş verib.

Qafqazinfo” xəbər verir ki, Yasamal Rayon Polis İdarəsinin müstəntiqi Yanar Əliyevin SalamNews-a verdiyi məlumata görə, qəza zamanı altı avtomobil toqquşub. Yol-nəqliyyat hadisəsi nəticəsində üç nəfər - 50 yaşlı Füzuli Mərdanov, 60 yaşlı Mahir Zeynalov və 43 yaşlı Anar Hüseynov xəsarət alıblar və təcili tibbi yardım maşını ilə 1 nömrəli xəstəxanaya gətiriliblər. Hər üç yaralı kəllə beyin travması alıb, vəziyyətləri orta-ağır hesab olunur.

Faktla əlaqədar Yasamal Rayon Polis İdarəsi tərəfindən araşdırmalara başlanılıb. Hadisə səhər saatlarında baş verdiyindən yolda tıxac yaranıb.