Bakıda 4 otaqlı ev yandı

bakida-4-otaqli-ev-yandi
Oxunma sayı: 636

Bu gün səhər saatlarında paytaxtda fərdi evdə yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən "Qafqazinfo"ya verilən məlumata görə, hadisə Bakının Sabunçu rayonunda qeydə alınıb.

Vətəndaşa məxsus ümumi sahəsi 90 m2 olan birmərtəbəli 4 otaqlı evin mətbəxində yanğın başlayıb. Yüksək temperaturdan lambirdən ibarət tavan əriyib.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 05:50-də söndürülüb.