Bakıda 4 nəfər birləşib “Moskviç” oğurladılar

bakida-4-nefer-birlesib-moskvic-ogurladilar
Oxunma sayı: 1250

Bakıda polis avtomobil oğrularını tutub.

“Qafqazinfo”nun Daxili İşlər Nazirliyininin saytına istinadən məlumatına görə, hadisə Qaradağ rayonunun Lökbatan qəsəbəsində qeydə alınıb. Belə ki, sözügedən qəsəbədə “Moskviç-412” markalı avtomobil şübhə doğurduğundan polis tərəfindən saxlanılıb.

Avtomobilin sürücüsü Bakı şəhər sakini Ruslan Kərimov, sərnişinləri Vasiliy Maslakov, Rövşən Gülümcanov, Qəbələ rayon sakini Emil Bəkirov və Qazax rayon sakini Elçin Quliyev Qaradağ Rayon Polis İdarəsi 10-cu polis bölməsinə aparılıb.

Araşdırmalar zamanı onların qeyd edilən avtomobili Yasamal rayonu B.Səfəroğlu küçəsindən qaçırmaları müəyyən edilib. Faktla bağlı araşdırmalar aparılır.