Bakıda 3 qardaş ər və arvadı küçədə döydü- - Qadın bıçaqlandı

bakida-3-qardas-er-ve-arvadi-kucede-doydu-
Oxunma sayı: 2107

 

“Qafqazinfo” musavat.com-a istinadən xəbər verir ki, rayonun Qızıldaş qəsəbəsində 3 qardaş yolda ər və arvadı döyüblər. Qadın əl və ayağından bıçaq zərbələri alıb.

Hadisəni törədənlər qəsəbə sakinləri Mehman, Rövşən və Rəhman Alıyev qardaşları olub. 

Onlar xuliqanlıq zəminində 1979-cu il təvəllüdlü Şəadət Mahmudovu və onun arvadı 1986-cı il təvəllüdlü Ülkər İldırımı döyüblər. Onlar Ü.İldırımı əl və ayağından bıçaqla vurublar. Hadisə nəticəsində ər və arvad xəsarət alıb. Onlar xəstəxanaya yerləşdirilib. Hadisəni törədən qardaşlar saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

“Qafqazinfo”