Bakıda 20 yaşlı oğlan zorlanıb

bakida-20-yasli-oglan-zorlanib-
Oxunma sayı: 9843

Qaradağ rayon istintaq orqanı əməkdaşları qurbanı 20 yaşlı gəncin olduğu qrup şəklində zorlama işinin üstünü açıblar.

“Qafqazinfo” xəbər verir ki, bu barədə haqqin.az-a Qaradağ Rayon Polis İdarəsindən bildiriblər.

Cinayət bu ilin avqust ayının 18-də Güzdək qəsəbəsində baş verib.

Saat 01:00-da Xocahəsən dairəsi yaxınlığında iki kişi VAZ-21053 markalı avtomobildə 20 yaşlı Hacıqabul sakini İ.X.-ya onu “Memar Əcəmi” metro stansiyasına qədər aparmağı təklif ediblər. Amma bunun əvəzinə onlar sərnişini Güzdək qəsəbəsinə gətiriblər, orada cinayətkarlar oğlanı zorlayıblar.

Zərərçəkənin avtomobilin dövlət nömrəsini yadda saxladığı bildirilib, bunun sayəsində istintaq şübhəli bilinənlərin izinə düşüb. Onların adı bildirilmir, amma qeyd edək ki, onlar 30 yaşlı Güzdək qəsəbə sakinləridir. Şübhəli bilinən şəxslər saxlanılıb.

Qeyd edək ki, oktyabrın 6-da işin materialları rayon prokurorluğuna verilib(oxu.az).