Bakıda 2 maşın yandı

bakida-2-masin-yandi
Oxunma sayı: 1031

Bakıda iki avtomobil yanıb.

QafqazinfoFövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, paytaxtın Xətai rayonunda vətəndaşa məxsus "VAZ" markalı minik avtomobilin mühərrikinin yanar hissələri və qabaq təkərləri yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bu gün səhər saatlarında isə Suraxanı rayonunda vətəndaşa məxsus "MERCEDES" markalı minik avtomobilinin yanar hissələri yanıb. Yaxınlıqda dayanmış digər avtomobillər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.