Bakı sakinini Göygöldə bıçaqladılar

baki-sakinini-goygolde-bicaqladilar
Oxunma sayı: 1203

Göygöldə bıçaqlanma olub.

Qafqazinfo”nun APA-ya istinadən məlumatına görə, Bakı şəhər sakini, 1994-cü il təvəllüdlü Renat Nəbiyev döş qəfəsinin kəsilmiş deşilmiş yarası xəsarəti ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. O dərhal əməliyyat olunub, vəziyyətinin orta ağır olduğu bildirilir.

Məlumata görə R. Nəbiyev Göygöl rayonun Azos adlanan ərazisində bıçaqlanıb.

Faktla bağlı hüququ mühafizə orqanları tərəfindən araşdırma aparılır.