Bakı sakininə qarşı 113 min dollarlıq dələduzluq

baki-sakinine-qarsi-113-min-dollarliq-deleduzluq
Oxunma sayı: 1426

Bakı sakininə qarşı 113 min dollarlıq dələduzluq edilib.

Qafqazinfo”nun Report-a istinadən xəbərinə görə, hadisə 2016-cı ilin noyabr ayında paytaxtın Nizami rayonunda qeydə alınıb.

Belə ki, Bakı şəhər sakini, 1965-ci il təvəllüdlü E.Məmmədəliyev hüquq-mühafizə orqanlarına müraciət edərək bildirib ki, 1968-ci il təvəllüdlü S.Hüseynov onu aldadaraq iş qurmaq adı ilə 113 min ABŞ dolları pulunu alıb və indiyədək geri qaytarmayıb.

Faktla bağlı araşdırma aparılır.