Bakı-Quba yolunda ağır qəza - Ölən və yaralananlar var

baki-quba-yolunda-agir-qeza
Oxunma sayı: 2582

Bakı-Quba yolunda ağır yol qəzası baş verib. "Qafqazinfo" lent.az-a istinadən xəbər verir ki, magistral yolun 41-ci kilometrliyində, Sumqayıt şəhəri ərazisində "Opel" markalı minik avtomobili "KamAZ" markalı yük maşınına çırpılıb. Nəticədə minik avtomobilinin 60 yaşlı sürücüsü vəfat edib. 47 və 35 yaşlı iki sərnişin isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Bildirilir ki, qəzaya minik avtomobilinin ötmə qaydalarına düzgün əməl etməməsi səbəb olub.

Araşdırma aparılır.