Bakı-Qazax yolunda zəncirvari qəza

baki-qazax-yolunda-zencirvari-qeza
Oxunma sayı: 849

Bakı-Qazax magistral yolunda üç “VAZ” toqquşub. "Qafqazinfo" APA-ya istinadən xəbər verir ki, hadisə yolun Şəmkir rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. “VAZ 21014” və iki “VAZ 2106” markalı avtomobillərin toqquşması nəticəsində xəsarət alan olmasa da, maşınlara ciddi ziyan dəyib.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.