Bakı metrosunda hadisə - Keçmiş məhkum pul kisəsini oğurladı

baki-metrosunda-hadise
Oxunma sayı: 1644

Bakı metropolitenində oğurluq hadisəsi baş verib.

QafqazinfoAvtosfer.az-a istinadən xəbər verir ki, metronun “28 May” stansiyasının platformasında Bakı şəhər sakini Ülkər Rzayevanın içərisində 850 manat olan pul kisəsi çantasından oğurlanıb.

Oğurluğu törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Vaqif Qasımov Metropolitendə polis şöbəsinin əməkdaşları tərəfindən tutulub.

Faktla bağlı araşdırma aparılır.