“Bacı-qardaş kimi böyüsək də, zorla bizi nişanladılar...”

baci-qardas-kimi-boyusek-de-zorla-bizi-nisanladilar
Oxunma sayı: 8563

Mühacirətdə olan hüquq müdafiəçisi Əlövsət Əliyev ona ünvanlanan ailə zorakılığı ilə bağlı məsələni ictimailəşdirib. “Qafqazinfo” xəbər verir ki, hüquq müdafiəçisi həmin şəxsin kimliyi açıqlamayıb. Müraciəti təqdim edirik:

“O mənim qardaşımdır, biz bacı - qardaş kimi böyüdük. Evlənməmizin mümkün olmadığın desək də, valideynlərimiz bizə əhəmiyyət vermədı. Zorla bizi nişanladılar. Bundan sonra bütün imkanların tükəndiyini gördüm və başqa regiondan olan və mənə uzun müddət ürəyini açan və evlilik təklif edən o qədər də ürəyimcə olmayan, yaxşı tanımadığım oğlana qoşularaq qaçdım və ölkəni tərk etdik. İndi də polislər mənim indiki həyat yoldaşımı adam oğurluğu ilə tutmaq üçün axtarışa başlayıblar. Həmdə bunu, məni məcburi ərə verməyə çalışan, mənə münasibətdə zorakılıq edən, yaxşı araşdıran olsa, bəlkə də cinayət etməsi təsdiq olunan valideynlərimin ərizəsi əsasında edirlər”.