Azyaşlı uşaq 3-cü mərtəbədən yıxıldı

azyasli-usaq-3-cu-mertebeden-yixildi
Oxunma sayı: 1839

Bakıda bədbəxt hadisə baş verib.

Daxili İşlər Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, hadisə iyunun 28-də Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsində olub.

Bakı şəhər sakini, azyaşlı İmran Quliyev yaşadığı evin pəncərəsindən, 3-cü mərtəbədən ehtiyatsızlıqdan yıxılıb.
Xəstəxanaya yerləşdirilmiş uşaq orada ölüb.

Araşdırma aparılır.

Murad Əhməd