Balotelliyə görə bütün oyunlardan məhrum oldu

balotelliye-gore-butun-oyunlardan-mehrum-oldu
Oxunma sayı: 1405

Fransanın "Bastia" klubu azarkeşlərindən birini cəzalandırıb. 

Qafqazinfo” xəbər verir ki, komanda azarkeşlərindən birinin bütün abunəlik kartlarının ləğv edildiyini açıqlayıb. Klub həmin azarkeşin adını açıqlamasa da, həmin şəxsin stadiona girişinə qadağa qoyulduğunu bəyan edib.

Buna səbəb isə təxminən 40 yaşında olan azarkeşin "Nitsa" ilə oyunda rəqibin aparıcı futbolçusu Mario Balotellini təqir etməsi səbəb olub. Həmin azarkeş italiyalı futbolçuya qarşı irqçi şüarlar səsləndirib, onu meymun adlandırmışdı.

Bu barədə şəxsi "instagram" səhifəsində paylaşım edən Qana əsilli ulduz futbolçu azarkeşin cəzalanmasını tələb etmişdi.