“Azəriqaz”ın işçisi qaz xəttini kəsərkən yıxıldı - Cinayət işi açıldı

azeriqazin-iscisi-qaz-xettini-keserken-yixildi-
Oxunma sayı: 2729

Bakıda “Azəriqaz” İstehsalat Birliyinin işçisi yıxılaraq xəsarət alıb və xəstəxanaya yerləşdirilib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hadisə Xəzər rayonu, Türkan qəsəbəsində bir neçə gün öncə baş verib.
İB-də qaynaqçı işləyən Bakı şəhər sakini 1957-ci il təvəllüdlü Məhərrəm Məhərrəmov qəsəbə sakini 1989-cu il təvəllüdlü Samir Mayılovun bir müddətdir ödəniş etmədiyi üçün ona məxsus evə gedən qaz xəttini kəsərkən hasardan yıxılaraq xəsarət alıb. Yaralı vəziyyətdə Neftçilər xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Xəzər RPİ-də Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi açılıb. “Azəriqaz” işçisinin kənar müdaxilə nəticəsində yıxılıb-yıxılmadığı barədə araşdırma aparılır.

Murad Əhməd