Azərbaycanlı tələbə öldürüldü - Ukraynada

azerbaycanli-telebe-olduruldu-
Oxunma sayı: 2656

Ukraynada azərbaycanlı tələbə qətlə yetirilib.

QafqazinfoAPA-ya istinadən xəbər verir ki, hadisə sentyabrın 27-də Kiyev şəhərində qeydə alınıb. Zaqatala rayon sakini, 22 yaşlı Məhəmməd Amil oğlu Səfərəliyev naməlum şəxslər tərəfindən bıçaqlanaraq qətlə yetirilib.

Mərhumun meyiti bu günlərdə Azərbaycana gətiriləcək.

Qeyd edək ki, M. Səfərəliyev Ukraynada ali təhsil alırmış.