Azərbaycanlı kütləvi zorlamada şübhəli bilinir -

azerbaycanli-kutlevi-zorlamada-subheli-bilinir-
Oxunma sayı: 1333


“Qafqazinfo” oxu.az-a istinadla xəbər verir ki, polis əməkdaşları bildirib ki, kişinin hesabında ən azı 20 zorlama faktı var. 

Hazırda həmin şəxsin azərbaycanlı Natiq Cəbrayılov olduğu müəyyən edilib. 

Kişi cinayət əməllərini adətən axşam saatlarında evlərin bloklarında və ya qaranlıq məkanlarda tək qadınlara hücum etməklə törədib. 

Xatırladaq ki, öncə Moskva polisinin əməkdaşları ən azı 20 zorlama törətmiş şübhəli şəxsin saxlanılması barədə məlumat vermişdi. Zorlamalar son bir neçə il ərzində törədilib. 

Məlum olub ki, seksual manyak Qalyanovo rayonunda sənədlərin yoxlanması zamanı saxlanılıb. Yoxlama zamanı o, Tacikistan vətəndaşının saxta pasportunu təqdim edib. 

“Qafqazinfo”