Azərbaycanlı jurnalistin girov götürülən qohumları - Sərbəst buraxıldı

azerbaycanli-jurnalistin-girov-goturulen-qohumlari-
Oxunma sayı: 2511

Ukraynada Kiyev şəhəri ətrafında iki həftə əvvəl oğurlanan azərbaycanlı iş adamı evinin qarşısında sərbəst buraxılıb.

Qafqazinfo”nun Report-a istinadən məlumatına görə, Ukrayna vətəndaşı olan 39 yaşlı iş adamı Elvar İskəndərovu oğurlayan şəxslər əvvəlcə külli miqdarda pul istəsələr də sonradan qarşılıqsız şəkildə sərbəst buraxıblar.
Həmçinin, bir müddət əvvəl oğurlanan digər əslən azərbaycanlı iş adamı, 46 yaşlı Sakit Hacıyev də girovluqdan azad olunub. Girov götürənlər onu da sərbəst buraxıblar.

Qeyd edək ki, E. İskəndərov və S.Hacıyev hər ikisi AzTV-nin Ukrayna və Şərqi Avropa üzrə müxbiri Mövsüm Aslanovun yaxın qohumlarıdır.