Azərbaycanlı diaspor rəhbərinin obyektləri və maşınları partladıldı

azerbaycanli-diaspor-rehberinin-obyektleri-ve-masinlari-partladildi
Oxunma sayı: 5550

Ukraynanın Donetsk vilayətinin Pokrovsk (keçmiş Krasnoarmeysk) şəhərində “Azərbaycan” Cəmiyyətinin sədri, iş adamı Şahin Bəylərova məxsus bir neçə obyekt - mağaza, kafe, avtoyuma və avtomobillər naməlum şəxslər tərəfindən partladılıb.

Qafqazinfo”nun məlumatına görə, Ş. Bəylərov APA-ya bildirib ki, hadisə gecə saatlarında baş verdiyi üçün insan tələfatı yoxdur.

Partlayış nəticəsində obyektlər tamamilə yararsız hala düşüb, ikisi Ş. Bəylərova məxsus olmaqla, dörd avtomobil sıradan çıxıb.

Partlayış kənardan idarə olunan qurğu ilə törədilib.

Hadisənin kimlər tərəfindən törədildiyi hələlik bilinmir, yerli polis araşdırma aparır.