Azərbaycanda xəstəxanada faciə - Özünü binadan atdı

azerbaycanda-xestexanada-facie-
Oxunma sayı: 8240

Sumqayıt Şəhər Xəstəxanasında intihar qeydə alınıb.

Symqayıt Şəhər Polis Şöbəsindən “Qafqazinfo”ya verilən məlumata görə, hadisə təxminən 1 saat əvvəl baş verib.

Xəstəxanada stasionar olaraq müalicə alan yaşlı qadın özünü xəstəxananın 4-cü mərtəbəsinin pəncərəsindən atıb. Qadın elə yerindəcə keçinib. Onun şəkər xəstəsi olduğu qeyd edilir.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədirlər, faktla bağlı araşdırma aparılır. Qadının kimliyi müəyyənləşdirilir.

Murad Əhməd