Azərbaycanda selfi çəkən 18 yaşlı qız faciəvi şəkildə öldü

azerbaycanda-selfi-ceken-18-yasli-qiz-facievi-sekilde-oldu
Oxunma sayı: 5939

Astara şəhərində bədbəxt hadisə baş verib.

Qafqazinfo”nun APA-ya istinadən məlumatına görə, hadisə bu gün saat 20:30 radələrində Astara şəhərinin Heydər Əliyev prospektindəki 9 mərtəbəli yaşayış binasında qeydə alınıb. Həmin ünvanda yaşayan bacısının evinə qonaq gələn 18 yaşlı Elida İntiqam qızı Musazadə ehtiyatsızlıqdan binanın 7-ci mərtəbəsindən yıxılaraq ölüb.

Onun meyiti müayinə olunmaqdan ötrü Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran şöbəsinə gətirilib.

Faktla bağlı Astara Rayon Prokurorluğunda araşdırmalara başlanıb.

***

Report-un məlumatına görə, Elida Musazadə balkonda selfi çəkdirərkən ehtiyatsızlıqdan yıxılıb.