Azərbaycanda qadın baş redaktor intihara cəhd etdi

azerbaycanda-qadin-bas-redaktor-intihara-cehd-etdi
Oxunma sayı: 13609

“Bakupress.az”saytının baş redaktoru Şəfəq Ağacan intihara cəhd göstərib.

Qafqazinfo”nun xeberle.com-a istinadən məlumatına görə, o, xeyli sayda dərman preparatları qəbul edib. Dərhal xəstəxanaya yerləşdirilən jurnalistin həyatını xilas etmək mümkün olub.

İlkin məlumata görə, jurnalist Nicat adlı şəxs tərəfindən şantaj edildiyi üçün belə 1 addım atıb.

Polis əməkdaşları tərəfindən ifadəsi alınan Şəfəq Ağacanın vəziyyətini həkimlər orta ağır qiymətləndirirlər.

Qeyd edək ki, Şəfəq Ağacan Sumqayıt şəhər sakinidir.