Azərbaycanda manyak peyda oldu

azerbaycanda-manyak-peyda-oldu
Oxunma sayı: 6933

Qubada son bir neçə gündə gecə olan kimi kənd sakinləri qorxuya düşürlər.

“Qafqazinfo” KanalEF.com-a istinadən xəbər verir ki, Hacıhüseynli kənd sakinləri hava qaralan kimi kiminsə evləri daşladığını iddia edirlər.

Onların sözlərinə görə, ev sahibləri çölə çıxır və heçnə ilə rastlaşmırlar. Digər bir kənd sakininin evindən qadınlara məxsus alt paltarları oğurlanır.

Digər qonşu isə hamamda çimərkən kiminsə hamamın pəncərəsindən onu güddüyünü deyir. Bayıra çıxan kimi isə həmin şəxsin sürətlə qaçdığını bildirir.

Beləliklə 3 gündür sakinlər bu manyakı tapa bilmirlər. Ötən gün kənd sakinləri bununla bağlı Quba Rayon Polis şöbəsinə xəbər veriblər. Hal-hazırda Hacıhüseynli kəndi polis tərəfindən nəzarətə götürülüb.