Azərbaycanda iki şirkətdən 110 minlik seyf oğurlanıb -

azerbaycanda-iki-sirketden-110-minlik-seyf-ogurlanib-
Oxunma sayı: 1485


“Qafqazinfo” DİN-ə istinadən xəbər verir ki, avqustun 28-də "Qaraçay” təmir-tikinti şirkətindən içərisində 60 000 ABŞ dolları və sənəd olan seyfi quldurluq yolu ilə aparmış Bakı şəhər sakini Azad Həziyev tutulub.

Digər oxşar hadisə isə İmişli rayonunda baş verib. Bu il iyulun 10-da “Engin” MMC-dən içərisində 51000 manat olan seyfi oğurlamış rayon sakinləri Elvin Hacıyev, Ceyhun Şükürov və Elşən Mustafayev saxlanılıb.

Murad Əhməd

“Qafqazinfo”