Azərbaycanda həbsdə olan iki türkiyəli ekstradisiya olundu

azerbaycanda-hebsde-olan-iki-turkiyeli-ekstradisiya-olundu
Oxunma sayı: 631

Bu gün Bakı Ağır Cinayətlər Məhkıməsində iki Türkiyə vətəndaşının öz ölkələrinə ekstradisiya olunması ilə bağlı məhkəmə prosesi keçirilib.

"Qafqazinfo"nun prosesdə iştirak edən əməkdaşının verdiyi görə, hakim Əfqan Hacıyev və Əlövsət Abbasovun sədrliyi ilə keçirilən proseslərdə sağlamlığa az ağır zərbə vurmaqda təqsirləndirilən türkiyəli vətəndaşları Mehmet Tekin və Hikmet Kayak barədə qərar elan edilib.

Qərarlara əsasən hər iki şəxsin Türkiyə respublikasına ekstradisiya olunması barədə qərar verilib.

Qeyd edək ki, adıçəkilən şəxslər ayrı-ayrı cinayət işləri ilə bağlı saxlanılıb. Türkiyədə qəsdən sağlamlığa az ağır zərbə vurmaqda təqsirləndirilən Mehmet Tekin və Hikmet Kayak Azərbaycanda saxlanılıb. Onlar Türkiyədə axtarışda olublar.

Murad Əhməd