Azərbaycanda dəhşət - 12 yaşlı uşaq özünü asdı

azerbaycanda-dehset-
Oxunma sayı: 7777

Neftçala rayonunda 12 yaşlı uşaq intihar edib.

Qafqazinfo”nun APA-ya istinadən məlumatına görə, rayonun Mikayıllı kənd sakini, 12 yaşlı Orxan Şamil oğlu Hüseynov bu gün axşam tərəfi yaşadığı evin həyətindəki damda özünü asaraq intihar edib. Hadisə yerinə hüquq-mühafizə orqanları gəlib.

İntiharın səbəbi hələlik məlum deyil.

Faktla bağlı Neftçala rayon prokurorluğunda araşdırma aparılır.