Azərbaycanda ata oğlunu bıçaqladı

azerbaycanda-ata-oglunu-bicaqladi
Oxunma sayı: 2765

Xaçmazda bıçaqlanma hadisəsi baş verib.

Qafqazinfo”nun APA-ya istinadən məlumatına görə, hadisə rayonun Köhnə Xaçmaz kəndində qeydə alınıb.

1990-cu il təvəllüdlü Əzizov Nizami Şirinbala oğlu bıçaq xəsarəti ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. O, hazırda əməliyyat olunur.

İlkin məlumata görə, xəsarət alan şəxs atası tərəfindən bıçaqlanıb. Faktla bağlı araşdırmalar davam etdirilir.