Azərbaycanda antidopinq qanunvericiliyinə təklif - 5 minədək cərimə

azerbaycanda-antidopinq-qanunvericiliyine-teklif
Oxunma sayı: 770

“Antidopinq haqqında” qanunvericiliyə bəzi dəyişikliklərin edilməsi barədə Gənclər və İdman Nazirliyi təkliflər hazırlayıb. “Qafqazinfo” həmin təklifləri təqdim edir:

Maddə 143-1. Dopinq vasitələrindən və (və ya) metodlarından istifadəyə təhrik etmə
Dopinq vasitələrindən və (və ya) metodlarından istifadəyə məcbur etmə —
min manatdan beş min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri ilə cəzalandırılır

143-1.-ci maddəyə aşağıdakı məzmunda maddənin əlavə edilməsi təklif olunur :
143-1.1. Eyni əməllər yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə -
bir ildən üç ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılır

Cinayət Məcəlləsinə aşağıdakı məzmunda yeni maddənin əlavə edilməsi təklif olunur:

“Dərman vasitələrinin və qidaların tərkibinə dopinq vasitələri əlavə etməklə onların saxtalaşdırılması, əldə edilməsi və satılması”
Dərman vasitələrinin və qidaların tərkibinə dopinq vasitələri əlavə etməklə onların saxtalaşdırılmasına, əldə edilməsinə və ya satılmasına görə
İki ilədək islah işləri və ya iki ilədək azadlıqdan məhrum eymə ilə cəzalandırılır
İnzibati Xətalar Məcəlləsi üzrə

4. 225-ci maddənin (Dərman vasitələrinin və qidaların tərkibinə dopinq vasitələri əlavə etməklə onların saxtalaşdırılması, satılması, həmçinin dopinq vasitələrinin hazırlanmasının, istehsalının, istifadəsinin vasitə və metodları, onların əldə edilməsi mümkün olan yerlər haqqında məlumatların yayılması) 1-ci hissəsi çıxarılsın.

5. Maddə 225.2. Dopinq vasitələrinin hazırlanmasının, istehsalının, istifadəsinin vasitə və metodları, onların əldə edilməsi mümkün olan yerlər haqqında məlumatların yayılmasına görə—
fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir.

6. Maddə 226. Dopinq nəzarəti qaydalarının pozulması
Bədən tərbiyəsi-idman təşkilatları, idmançılar, məşqçilər, həkimlər və digər mütəxəssislər tərəfindən dopinq nəzarəti qaydalarının pozulmasına görə—üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir.