Azərbaycanda 61 yaşlı kişi özünü asdı

azerbaycanda-61-yasli-kisi-ozunu-asdi
Oxunma sayı: 2385

Şəkidə 61 yaşlı kişi maşın qarajında intihar edib.

“Qafqazinfo”nun APA-ya istinadən məlumatına görə, hadisə noyabrın 28-i saat 15:45 radələrində Şəki şəhəri Sülh küçəsi ev 16 ünvanında qeydə alınıb. Şəki şəhər sakini 1954-cü il təvəllüdlü Yaşaq Əkbər oğlu Nəcəfovun meyti yaşadığı evin həyətində tikilmiş maşın qarajından asılı vəziyyətdə həyat yoldaşı Telli tərəfindən aşkar edilib. Hadisə yerinə cəlb edilmiş hüquq-mühafizə orqan işçilərinin apardıqları araşdırma zamanı 61 yaşlı Yaşaq Nəcəfovun intihar etməsi məlum olub.

Faktla bağlı Şəki rayon prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.