Azərbaycanda 6 uşaqlı, 55 yaşlı qadın intihar etdi

azerbaycanda-6-usaqli-55-yasli-qadin-intihar-etdi
Oxunma sayı: 2060

Xaçmazda 55 yaşlı qadın intihar edib. Hadisə bu gün səhər Xaçmaz rayonu, Azərbaycan küçəsi 13 ünvanında baş verib. Qadın hamamda özünü asıb.


“Qafqazinfo”nun ans press-ə istinadən məlumatına görə, ictimai-iaşə obyektlərinin birində aşpaz işləyən 55 yaşlı Nərgiz Dübərovanın ailə üzvləri onun işə getdiyini güman ediblər. Onu hamamda ipdən aslı vəziyyətdə görəndə isə artıq hər şey gec olub. Qadının həyatını xilas etmək mümkün olmayıb.

Xaçmaz prokururluğundan məlumatına görə, həyatına qəsd edən Nərgiz Dübərovanın həm maddi problemləri olub, həm də yataq xəstəsi olan ərini itirib. Qızlarından birinin boşanması da onun yükünü bir az da artırıb. Mərhumun 6 uşağının olduğu bildirilir.

İşlədiyi yerdən cəmi 150 manat əmək haqqı alan qadının xeyli borcu olub. Maddi sıxıntılara tab gətirməyən qadın çıxış yolunu özünü öldürməkdə görüb. Fakta görə Xaçmaz prokurorluğunda CM-nin 125- ci- özünü öldürmə həddinə çatdırma maddəsi ilə cinayyət işi açılıb.