Axtarışda olan gənc biznesmen saxlanıldı

axtarisda-olan-genc-biznesmen-saxlanildi
Oxunma sayı: 2371

Biznes fəaliyyəti ilə məşğul olan gənc özünə yeni ortaqlar taparaq bir neçə nəfərdən külli miqdarda pul alıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, o bir müddət sonra aldığı pulları qaytarmayınca tərəfdaşları polisə müraciət edib.

Vətəndaşlardan daxil olan şikayətlərindən sonra Bakı şəhər sakini 1995-ci il təvllüdlü Nicat İsmayılov barəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi açılıb.

Bu ilin oktyabr ayından axtarışda olan N.İsmayılov Nərimanov RPİ 16-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

Araşdırma aparılır.

Murad Əhməd