Avtomobil təmiri sexi yandı

avtomobil-temiri-sexi-yandi
Oxunma sayı: 772

Goranboyda yanğın qeydə alınıb.

QafqazinfoFövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Goranboy rayonu, Nadirkənd kəndində vətəndaşa məxsus ümumi sahəsi 150 m2 olan avtomobil təmiri sexinin yanar konstruksiyaları 70 m2 sahədə yanıb.

Sexinin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 13:25-də yanğınsöndürənlər tərəfindən söndürülüb.