Avtomobil körpüdən aşdı - 3 nəfər yaralandı

avtomobil-korpuden-asdi
Oxunma sayı: 2141

Gədəbəydə 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat qəzası baş verib.

“Qafqazinfo”nun APA-ya istinadən verdiyi məlumata görə, hadisə Gədəbəy şəhərində qeydə alınıb. “VAZ2107” markalı avtomobil beton dirəyə dəyərək körpüdən aşıb.

Qəza zamanı avtomobildə olan 27 yaşlı Ayxan Ələkbərov və 18 yaşlı İlyas İsmayılov müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Xəsarət alan bir nəfər qadın isə Gədəbəy Mərkəzi rayon xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Gədəbəy rayon Polis Şöbəsində araşdırma aparılır.