"Atletlər kəndi"dəki qəza ilə bağlı - Hökm oxundu

atletler-kendideki-qeza-ile-bagli-
Oxunma sayı: 3751

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində I Avropa Oyunlarının "Atletlər kəndi"nin nəqliyyat deposunda Avstriya yığmasının atletlərini avtobusla vurmaqda təqsirləndirilən avtobus sürücüsü Vəli Əhmədov, həmçinin, Nəqliyyat Nazirliyinin (NN) Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin şöbə rəisi Hüseyn Salamov, "Təhlükəsiz şəhər" kamerasının operatoru Elçin Həsənov və NN-in Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Sərnişindaşıma Departamentinin məsləhətçisi Fərid Əmiraslanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

"Qafqazinfo" Lent.az-a istinadən xəbər verir ki, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Hüseyn Salamov barəsində Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyətlərindən süi-istifadə) maddəsi həmin Məcəllənin 314-cü (səhlənkarlıq) maddəsinə tövsif edilib. Hüseyn Salamov və Vəli Əhmədov 3 il müddətinə azadlıqdan məhrum edilib. Hər iki təqsirləndirilən şəxs cəzalarını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək. Bundan başqa, Vəli Əhmədov 3 il müddətinə sürücülük hüququndan məhrum edilib.

Digər təqsirləndirilən Fərid Əmiraslonava 2 il 11 ay 28 gün müddətinə şərti cəza verilib. Keçmiş polis əməkdaşı Elçin Həsənov isə 4 il müddətə azadlıqdan məhrum edilib. O, cəzasını ümümi rejimli həbsxanada çəkəcək.

Xatırladaq ki, prokuror çıxışında məhkəmədən V.Əhmədovun 3 il, F.Əmiraslanov 5 il və H.Salamovla E.Həsənovun isə hər biri 7 il müddətinə azadlıqdan məhrum edilməsini təklif etmişdi.