Ata qızını öldürdü - Salyanda

ata-qizini-oldurdu-
Oxunma sayı: 4870

Salyanda ata qızını iplə boğaraq öldürüb.

QafqazinfoAPA-ya istinadən xəbər verir ki, avqustun 21-də Salyan sakini, 33 yaşlı Qurbanova Gülnar Eldar qızının meyiti yaşadığı evdən tapılıb. Araşdırmalarla onu atası, 1954-ci il təvəllüdlü Eldar Əliheydər oğlu Qurbanovun öldürdüyü müəyyənləşib. Qadının meyiti məsciddə yuyularkən boynunda aşkarlanan ip izindən öldürüldüyü üzə çıxıb.

E. Qurbanov şübhəli şəxs qismində saxlanılıb. Faktla bağlı cinayət işi başlanıb.

Qeyd edək ki, Gülnar Qurbanova və atası əvvəllər məhkumluq həyatı yaşayıblar. E. Qurbanov 17 il həbsxanada olub. Qadının isə narkotik asılılığı olduğu bildirilir.