Ata oğlu ilə birləşib bacısını döyərək öldürüb - Məhkəmə başladı

ata-oglu-ile-birlesib-bacisini-doyerek-oldurub
Oxunma sayı: 1878

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 69 yaşlı bacısını öldürməkdə təqsirləndirilən Şahbaz Xəlfəyev və 25 yaşlı oğlu İslam Xəlfəyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

"Qafqazinfo"nun prosesdə iştirak edən əməkdaşının verdiyi xəbərə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hazırlıq iclası baş tutub.

Təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə prosesi sentyabrın 6-da davam etdiriləcək.

Qeyd edək ki, hadisə bu ilin yanvarın 18-də Sumqayıt şəhərində baş verib. Ə.Vahid küçəsi, 39 saylı evin yaxınlığında üzərində zorakılıq əlamətləri olan naməlum qadın meyiti tapılıb.

Meyitin Sumqayıt şəhər sakini, 1947-ci il təvəllüdlü Rəfiqə Ağayeva olması müəyyən edilib.

Cinayətin Sumqayıt şəhər sakinləri, 1961-ci il təvəllüdlü Şahbaz Xəlfəyev və 1991-ci il təvəllüdlü İslam Xəlfəyev tərəfindən törədilməsində kifayət qədər əsaslar olduğundan onlar, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunublar.

İstintaq zamanı R.Ağayevanın yanvarın 17-də saat 23 radələrində məişət zəminində aralarında yaranmış mübahisə zamanı qardaşı Şahbaz və onun oğlu İslam Xəlfəyevlər tərəfindən küt alətlə çoxsaylı xəsarətlər yetirilərək qəsdən öldürülməsi müəyyənləşdirilib.

Ş.Xəlfəyev və I.Xəlfəyev Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilirlər.

Murad Əhməd