Aşura mərasimində maşın oğurlayanlar narkoman çıxdı

asura-merasiminde-masin-ogurlayanlar-narkoman-cixdi-
Oxunma sayı: 1602

Aşura mərasimi günü İmamzadə Dini Kompleksi ərazisindən avtomobil qaçıran şəxslər saxlanılıb.

Qafqazinfo” ARB TV-yə istinadən xəbər verir ki, oktyabrın 12-də keçirilən Aşura günü münasibətilə Goranboy rayon sakini İlkin Məmmədov ailə üzvüləri ilə dini mərasimdə iştirak etmək üçün İmamzadə Dini Kompleksinə gəlib. Avtomobilini komplesin ərazisində park edən zərərçəkmiş geri qayıdarkən nəqliyyat vasitəsinin orada olmadığını görüb. Dərhal polisə müraciət edən İlkin Məmmədov ona məxsus “VAZ 21011” markalı maşının qaçırıldığını bildirib.

Polisin araşdırması zamanı məlum olub ki, avtomobil şəhər sakini Mehman Həsənov tərəfindən talama məqsədilə oğurlanıb. Aparılan istintaq zamanı “VAZ”ın Mehman Həsənov tərəfindən Natavan qəsəbəsində hissələrə bölünərək Anar Həsənova satılması da müyyən edilib.

Uzun illərdir ki, narkotik asılılıqdan əziyyətə çəkən Mehman Həsənov Aşura mərasiminə avtomobil qaçırmaq məqsədilə gəlmədiyini bildirsə də, həyətyanı sahəsində aşkar olunan çətənə kollarını şəxsi istifadəsi üçün becərdiyini bildirib.

Əvvələr məhkum olunan hər iki şəxs barəsində Cinayət Məcəlləsini oğurluq və narkotik vasitələrin qanunsuz dövrüyyəsi maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.