Astarada qəza - 5 yaralı

astarada-qeza
Oxunma sayı: 1128

Astarada avtoqəza nəticəsində 5 nəfər xəsarət alıb.

"Qafqazinfo" APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Kijəbə kəndi ərazisində qeydə alınıb. Kənd sakini 1990-cı il təvəllüdlü Bəylər Amil oğlu İbrahimov idarə etdiyi “VAZ-21011” markalı avtomaşını maneəyə çırpıb. Nəticədə sürücü də daxil olmaqla, 5 nəfər xəsarət alıb. Onlardan dördü Astara rayon mərkəzi xəstəxanasına, Şuvi kənd sakini 1987-ci il təvəllüdlü Yüsif Mirəli oğlu Məmmədov isə Lənkəran mərkəzi xəstəxanasına yerləşdirilib.

Xəsarət almış üç sərnişinin kimliyi hələlik məlum deyil.

Fakt araşdırılır.