Astara və Lənkəran sakinlərindən marixuana aşkar edilib

astara-ve-lenkeran-sakinlerinden-marixuana-askar-edilib
Oxunma sayı: 718

Cənub rayonlarında 6 kiloqram marixuana aşkar edilib.

Qafqazinfo” DİN-in saytına istinadən xəbər verir ki, Astara rayon Ərçivan qəsəbə sakini Saleh Nəsirovun həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş, ümumi çəkisi 8 kiloqram 700 qram olan 113 ədəd çətənə kolu və 4 kiloqram 100 qram marixuana aşkar edilərək götürülüb.

Əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəran rayon Girdəni kənd sakini Ehtiram Nəcəfovun həyətyanı sahəsindən isə kultivasiya yolu ilə yetişdirilmiş 1 ədəd çətənə kolu, habelə gizlətdiyi 1 kiloqram 960 qram marixuana aşkar edilərək götürülüb.