Arvadının başını kəsən kişinin məhkəməsi başladı

arvadinin-basini-kesen-kisinin-mehkemesi-basladi
Oxunma sayı: 1461

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hazırda məhkumluq həyatı yaşayan və narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən 1987-ci il təvəllüdlü Elman Kərimovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

"Qafqazinfo"nun prosesdə iştirak edən əməkdaşının verdiyi xəbərə görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən proses təxirə salınıb.

E.Kərimovun qardaşı onun saxlanıldığı cəzaçəkmə müəssisəsinə narkotik keçirmək istəyərkən saxlanılıb.

Məhkəmə prosesi oktyabrın 31-də davam etdiriləcək.

Qeyd edək ki, E.Kərimov 2009-cu ildə arvadı 1993-cü il təvəllüdlü Güllər Nurməmmədovanın ona xəyanət etdiyinə görə başını kəsdiyi üçün 15 il müddətinə azadlıqdan məhrum edilib.

Güllər Nurməmmədovun xəyanət etdiyi deyilən Asif və Nicat adlı şəxslər də ifadə verərək onunla telefonda danışdıqlarını, evli olduğunu bildiklərini deyiblər.

Murad Əhməd