Arvadını öldürüb yandıran polis - Hakim qarşısında

arvadini-oldurub-yandiran-polis-
Oxunma sayı: 2167

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində keçmiş arvadını öldürüb sonra yandırmaqda təqsirləndirilən, polis əməkdaşı Samir Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə ilkin hazırlıq iclası baş tutub.

İclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Cinayət işi məhkəmə baxışına təqdim edilib.

Məhkəmə prosesi noyabrın 24-də davam etdiriləcək.

Qeyd edək ki, DİN-in sabiq əməkdaşı S.Əliyev 2015-ci ildə boşandığı həyat yoldaşı Natəvan Əliyevanı öldürərək yandırmaqda təqsirləndirilir. N.Əliyevanın yanmış meyiti avtomobilində Bakı-Quba yolunda tapılıb. O, xəstəxanaların birində həkim işləyib.

Murad Əhməd