Arvadını boğaraq öldürmüşdü... - 10 il həbs cəzası aldı

arvadini-bogaraq-oldurmusdu
Oxunma sayı: 1583

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində arvadını öldürməkdə təqsirləndirilən Tural Kazımovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

"Qafqazinfo"nun verdiyi xəbərə görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmə kollegiyasının hökmü ilə T.Kazımov 10 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, qətl bu il iyunum 20-də Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində baş verib. 1988-ci il təvəllüdlü T. Kazımov həyat yoldaşı, 1991-ci il təvəllüdlü Maya Kazımovanı qısqanclıq zəminində boğaraq qətlə yetirib.

Qeyd edək ki, onların 3 azyaşlı övladı var. Hadisə baş verərkən uşaqlar həyətdə oynayırmış.

Murad Əhməd