Arvadını bıçaqlayana hökm oxundu - 11 il 3 ay

arvadini-bicaqlayana-hokm-oxundu
Oxunma sayı: 914

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində arvadını bıçaqlamaqda təqsirləndirilən Seymur Soltanovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Fikrət Qəribovun icraatında olan prosesdə hökm oxunub.

Məhkəmə kollegiyasının hökmü ilə S.Soltanov 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə 2016-cı iləd Yeni Günəşli qəsəbəsində baş verib. 1976-cı il təvəllüdlü Seymur Soltanov arvadı 1978-ci il təvəllüdlü Cəmilə Soltanovanı bıçaqlayıb. Xəstəxanaya yerləşdirilən C.Soltanovanın həyatını xilas etmək mümkün olub.

Murad Əhməd