Ana və 2 yaşlı uşağı hamamda zəhərləndi

ana-ve-2-yasli-usagi-hamamda-zeherlendi
Oxunma sayı: 1137

Şəmkirdə ana və azyaşlı övladı dəm qazından zəhərlənib.

Qafqazinfo”nun APA-ya istinadən məlumatına görə, hadisə Daşbulaq qəsəbəsində qeydə alınıb.

Kənd sakini, 1993-cü il təvəllüdlü Ellada Quliyeva və onun 2 yaşlı övladı vanna otağında olarkən dəm qazından zəhərləniblər. Zərərçəkənlər Şəmkir Rayon Mərkəzi rayon xəstəxanasına yerləşdiriliblər. Vəziyyətləri orta-ağır kimi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.