AMEA-nın qadın əməkdaşı hakim qarşısında

amea-nin-qadin-emekdasi-hakim-qarsisinda
Oxunma sayı: 1497

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən AMEA əməkdaşı Aliyə Cahangirovanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Tamella Nəsrullayevanın icraatında olan prosesdə prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

İttihama görə, Aliyə Cahangirova iki bacıya qarşı dələduzluq edib. O, nəşriyyatda iş qurmaq adı ilə Mehbarə Sadıxovadan 70 min, onun bacısı Gülnarə Naibovadan 8500 manat alaraq qaytarmayıb. A.Cahangirova özünü təqsirli bilmədiyini deyib.

M.Sadıxova ifadə verərək deyib ki, A.Cahangirovaya “ELM” nəşriyyatında avadanlıq quraşdırmaq adı ilə 80 min manat verib. Pulunu istədikdə isə A.Cahangirova onun inspektor işlədiyi Penitensiar Xidmətin rəisi Mədət Quliyevə şikayət ərizələri yazaraq M.Sadıxovanın töhmət almasına səbəb olub.

Məhkəmə prosesi fevralın 24-də davam etdiriləcək.

Murad Əhməd